Tbilisidə Saakaşvili tərəfdarlarının mitinqi keçirilir

Tbilisidə Saakaşvili tərəfdarlarının mitinqi keçirilir
  • DÜNYA

Müxalif "Vahid Milli Hərəkat” partiyasının nümayəndələri, eləcə də onların tərəfdarları şənbə günü Tbilisidə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsi tələbi ilə mitinq keçirirlər.
 
"Bütün dünya, bütün ölkə görməlidir ki, biz (keçmiş) prezidentin ölümünü qəbul etməyəcəyik. Ölkəmiz prezidentlərin qəbiristanlığı olmamalıdır”, - Gürcüstan parlamentinin Milli Hərəkatdan olan üzvü Levan Xabeişvili deyib.

Bir neçə yüz nəfər əvvəlcə Tbilisidə Barataşvili körpüsünün yaxınlığında toplaşıb, sonra isə hakim "Gürcü Arzusu Demokratik Gürcüstan” partiyasının ofisinə doğru yürüş edib. Aksiya "Mişa sağ qalmalıdır” adlanır. Hakim partiyanın binası yaxınlığında gücləndirilmiş polis dəstələri növbə çəkir.

Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR