“Tarqovı”da qızlar saçyolduya çıxdılar - Polis güclə ayırdı

“Tarqovı”da qızlar saçyolduya çıxdılar - Polis güclə ayırdı

Bakının mərkəzində xanımlar arasında dava-dalaş düşüb.

Aktual.az  lent.az-a istinadən xəbər verir ki, Xəqani  küçəsi 24 ünvanın  qarşısında ("Tarqovı" məhəllə istiqaməti) Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Qasımova Zülfiyyə Tağı qızı ilə 1997-ci ildə anadan olmuş paytaxt sakini Rəşidova Nəzrin Şahin qızı arasında dava düşüb.

Yaxınlıqdakı şəxslər çalışsa da bir-birini vurub, saçını yolan qızları ayıra bilməyiblər. Ərazidə xidmət aparan post patrul polisinin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub. Hər iki qız polis bölməsinə aparılıb və izahatları alınıb.
 
Aktual.az
Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR