Tanınmış jurnalistə vəzifə verildi

Tanınmış jurnalistə vəzifə verildi

Elvin Şirinli sektor müdiri təyin olunub.

Aktual.az Ölkə.Az-a istinadən  xəbər verir ki, tanınmış jurnalist Elvin Şirinli "ABAD”  Mərkəzlərinin (Ailə Biznesinə Asan Dəstək) ictimaiyyətlə əlaqələr üzrə sektor müdiri vəzifəsinə təyin olunub.

Məlumatı saytımıza təsdiqləyən E.Şirinli bildirdi ki, o, əhalinin  "ABAD”  haqqında məlumatlandırılması və KİV-lə əlaqələrin təyin edilməsi istiqamətində çalışacaq.

Xatırladaq ki,  ölkəmizin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə  prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə  Azərbaycan Respublikasının Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD” publik hüquqi  şəxsi yaradılıb.
 
Aktual.az
Xəbər 2914 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR