Bu gecə Abşeronda partlayış baş vermiş yaşayış evində xəsarət alan qadının tanınmış cərrah olduğu məlum olub.
Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində yaralanan ev sahibi Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova cərrahdır. Ş.Novruzova Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır və abdominal cərrahiyyə üzrə ixtisaslaşıb.
Qeyd edək ki, hadisədə ailənin 3 yaşlı üzvü Banıçiçək Qurbanlı dünyasını dəyişib. Ş.Novruzova, həyat yoldaşı və 12 yaşlı qızı Leyla isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. //Lent.az
Xəbər 749 dəfə oxunub.