Tanınmış baş məşqçi İngiltərədə klubunu dəyişə bilər

Tanınmış baş məşqçi İngiltərədə klubunu dəyişə bilər
  • İDMAN

 İngiltərənin "Lester" klubu baş məşqçisini dəyişdirmək niyyətindədir.

"Report" "Mirror"a istinadən xəbər verir ki, klub mövsümün sonunda fransalı mütəxəssis Klod Pyuel ilə yollarını ayıracaq. İngiltərə təmsilçisinin rəhbərliyi bu posta hazırda "Nyukasl"ın baş məşqçisi olan Rafael Benitesi gətirmək istəyir.
59 yaşlı ispan məşqçinin klubla müqaviləsi mövsümün sonunda başa çatır və yeni sözləşmə ilə bağlı razılıq əldə olunmayıb.
Qeyd edək ki, Rafael Benites 2016-cı ilin martından "Nyukasl"a rəhbərlik edir. O, karyerası ərzində İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" klublarının da baş məşqçisi olub. Benites 2004-2005 mövsümündə "Liverpul"la Çempionlar Liqasını da qazanıb. 
Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR