Kinorejissor, dramaturq Çingiz Rəsulzadə 49 yaşında vəfat edib.
Bu barədə APA-ya "ButaFilm”in icraçı direktoru Vidadi Rüstəmov məlumat verib.
Ç.Rəsulzadə 1972-ci ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.
Rusiya istehsalı olan "Həyat haqqında mimlər” (2002) qısametrajlı bədii filminin və "Jestlər.. Barışıq” (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, "İkinci” qısametrajlı bədii filminin ssenari müəllifi, o cümlədən "Kuklalar" (2009) filminin quruluşçu rejissorudur.
Allah rəhmət eləsin.
Xəbər 607 dəfə oxunub.