Bu gün Şuşaya yollanan bir qrup şəhər sakini Cıdır düzündə olub.
"Report" xəbər verir ki, şuşalılar Cıdır düzünü sevinc göz yaşları ilə qarşılayıblar.
Onlar Cıdır düzü ilə bağlı öz xatirələrini və təəssüratlarını bölüşüblər.
Şuşalılar bu sevincli günləri onlara yaşatdığına görə Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna öz minnətdarlıqlarını bildiriblər.
Xəbər 978 dəfə oxunub.