Sürücü ABŞ-da 20-dən çox adamı vurdu

Sürücü ABŞ-da 20-dən çox adamı vurdu
  • DÜNYA

Virçiniya ştatında NASCAR yarışlarında sürücü 22 nəfəri vurub. 

Aktual.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə bazar ertəsi "USA Today” məlumat verib.

"Chevrolet SSR” sükanı arxasında olan şəxs əlillər üçün nəzərdə tutulan parkinqdə "cip”i ötməyə çalışıb. 

Beləliklə də yoldan keçənlərə çırpılıb. Heç kim xəsarət almasa da, doqquz nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanların yaş həddi 13-65 arasıdır. 

Polis şübhəlini dindirməyə davam edir. Onun qanında alkoqol müəyyən edilib. Bu hərəkətin motivləri hələ müəyyənləşdirilməyib. 

Qəza yarışlar başa çatdıqdan təxminən bir saat sonra baş verib. 
 
 
Aktual.az
Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR