Suriyada Bəşər Əsədə bağlı qoşunda döyüşən erməni silahlı Jan Koracyan Hələbin kəndlərindən birində ölüb.
Aktual.az report-a istinadən xəbər verir ki, o, yanvarın 23-də dəfn edilib.
Məlumata görə, bununla da Suriyadakı qarşıdurmada ölən erməni silahlılarının sayı 33-ə çatıb.
Qeyd edək ki, Suriyadakı ermənilər bir qayda olaraq Rusiya və İranın müdafiə etdiyi Bəşər Əsəd silahlılarının tərkibində döyüşürlər.
Xatırladaq ki, Rusiya Suriyadakı silahlı münaqişəyə fəal qoşulmazdan əvvəl ölkədəki ermənilər kürd silahlılarla birlikdə Əsədə qarşı savaşdıqlarını bəyan edirdilər.
Aktual.az
Xəbər 311 dəfə oxunub.