Suriyada kütləvi məzarlar tapıldı – Qəddar işgəncə izli meyitlər

Suriyada kütləvi məzarlar tapıldı – Qəddar işgəncə izli meyitlər
  • DÜNYA

Rusiyalı hərbçilər Hələbin azad edilmiş ərazilərində işgəncə verilərək öldürülən suriyalıların kütləvi məzarlıqlarını aşkarlayıb.

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İgor Konaşenkov məlumat verib:

"Təkcə ilkin araşdırmanın nəticələri bir çox insanları şoka salmaq üçün kifayətdir. Onlarla insanların basdırıldığı genişmiqyaslı məzarlar aşkarlanıb. Onlar vəhşicəsinə işgəncələrə məruz qalıb. Bir çox meyitin bəzi bədən hissələri yoxdur. Əksəriyyəti başından güllə yarası alıb.”

Onun sözlərinə görə, məzarlarla yanaşı silah-sursatla dolu 7 nəhəng anbar tapılıb. Burada bir neçə piyada batalyonunu silahlandırmağa kifayət edəcək qədər sursat var.

Konaşenkov bildirib ki, son günlər rus zabitləri Hələbə daxil olarkən terrorçular ərazini tamamilə minalayıblar: "Sursat və vaxtın kifayət etdiyi qədər hər şey minalanıb: küçələr, binalara girişlər, maşınlar, motosikletlər, hətta uşaq oyuncaqları”.
 
Aktual.az
Xəbər 430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR