Suriyada döyüşən azərbaycanlıya hökm oxunub

Suriyada döyüşən azərbaycanlıya hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Rufan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R. Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, R.Hüseynov 2014-2015-ci illərdə Suriyada qanunsuz silahlı birləşmələrin təlimlərində iştirak edib.
O, İŞİD tərkibində olan "Çeçen caamatı" qrupuna qoşulub. Daha sonra R.Hüseynov Türkiyəyə qayıdıb və orada saxlanaraq, Azərbaycana deportasiya edilib.
 
Aktual.az
Xəbər 212 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR