Suriya probleminin həlli üçün Qazaxıstanın paytaxtı Astana şəhərində görüşlərin üçüncü raundu mart ayında keçiriləcək
"Ölkə.Az" xəbər verir ki, belə bir bəyanatla İranın xarici işlər nazirinin müavini Huseyn Cəbəri Ənsəri çıxış edib. Nazir müavini deyib: "Diplomatik məsləhətləşmələr nəticəsində tam sənədləşdiriləcək ilkin razılaşmaya əsasən Suriya hökuməti və müxalif qruplaşmalar arasında görüşlərin növbəti raundu bir aydan da az müddətə Qazaxıstanda keçiriləcək".
Qeyd edək ki, Cəbəri həm də görüşlərdə iştirak edən İran nümayəndə heyətinin başçısıdır.
Aktual.az
Xəbər 617 dəfə oxunub.