“Süpürgəçi vergi ödəyir, ayda 10 toya gedən müğənni bunu etmir” - Nazir müavini

“Süpürgəçi vergi ödəyir, ayda 10 toya gedən müğənni bunu etmir”   - Nazir müavini

Azərbaycanda vergi sahəsində ən böyük problem vergi mədəniyyətinin olmamasıdır. 

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən "Açıq qapı günü" çərçivəsində vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, ölkədə hələ də vergi vərdişi formalaşmayıb: "Bütün sahələrdə vergidən yayınma var. Neft sahəsi şəffaf sahədir, orada demək olar ki, vergidən yayınma yoxdur. Ticarət, ictimai iaşə, tikinti sahəsində vergidən yayınma halları çoxdur. Ticarət və ictimai iaşə sahələri daha çox vergi verir. Bizim hesablamalarımıza görə, bu sahələrdə yayınma faizlə yox, dəfələrlə çoxdur. Şou-biznes nümayəndələri, böyük məbləğ müqabilində toya gedən müğənnilər 50 manat vergi ödəyir. Amma səhər tezdən küçələri süpürən və bunun müqabilində 300 manat məvacib alan süpürgəçi axır qəpiyinədək vergi ödəyir. Ay ərzində 10 toya gedən, yüksək gəlir əldə edən vergi ödəmək istəmir. Xeyir ola?! Aparılan maarifləndirmə işlərindən sonra ötən ilin dekabrında şou-biznes nümayəndələri tərəfindən ödənilən verginin ümumi məbləği dəfələrlə artıb. Bu ilin birinci rübündə də bu sahədə artım var".

Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR