Sumqayıtda maşın üç piyadanı vurdu

Sumqayıtda maşın üç piyadanı vurdu

Sumqayıtda avtomobil yolun kənarında dayanan üç piyadanı vurub.

Aktual.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Sumqayıt şəhər sakini Samir Mirzəzadə idarə etdiyi “Renault” markalı avtomobillə yolun kənarında dayanmış həmyerliləri Şahsənəm Camalovanı, İqbal Məmmədovu və Tofiq Həmidovu vurub. Piyadalar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR