Üstündən avtobus keçən qız sağ qaldı

Üstündən avtobus keçən qız sağ qaldı

Dünən Sumqayıt şəhər Babək prospektində - "Hiper" marketin yaxınlığında avtobusun vuraraq üzərindən keçdiyi qız möcüzə nəticəsndə sağ qalıb.

Aktual.az Xəbərlər.az-a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Babayeva Səbilə Elşən qızı aldığı kəllə-beyin travması ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlərin təcili tibbi müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Xəstə hazırda da həmin tibb müəssisəsində müalicə alır. Həkimlərin bildirdiyinə görə qızın vəziyyəti normaldır.

Xatırladaq ki, hadisə dünən günorta saat 11 radələrində baş verib. Qəza marketin çöl kameralarına düşüb. Belə ki, anası ilə yolu keçmək istəyən qız qəfil qaçaraq yolun biri tərəfinə keçmək istəyib, lakin o, böyük ehtiyatsızlıq edərək yalnız yolun soluna baxıb və yüksək sürətlə yaxınlaşan nəqliyyat vasitələrini görməyib. Bu zaman sağdan gələn avtobus onu vuraraq üstündən keçib. Qeyd edək ki, bu küçə həqiqətən də çox təhlükəlidir və orada pyada keçidinə (zebraya) və bir müddət post patrul xidməti əməkdaşlarının ciddi nəzarətinə ehtiyac var.

Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR