STM-də Şuşa bəyannaməsinin il dönümünə həsr olunmuş konqres keçirildi

STM-də Şuşa bəyannaməsinin il dönümünə həsr olunmuş konqres keçirildi

17 sentyabr  Sosial Tədqiqatlar Mərkəzində BZT Akademi, "Əbədi Birlik" Gənclər İctimai Birliyi, Turan Akademinin təşkilatçılığı, Sosial Tədqiqatlar Mərkəzinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olması və Türkiyə Respublikasının 100 illiyi, Şuşa bəyannaməsinin il dönümünə həsr olunmuş 4-cü Beynəlxalq Sosial  Elmlər konqreslərində Türkiyə-Azərbaycan: tarixi, retrospektiv, müasir vəziyyət və perspektivlər mövzusunda beynəlxalq konqresi keçirildi!
 
Aktual.az xəbər verir ki, konqresdə ermənilərin türklərə qarşı soyqırımı və deportasiya siyasəti, Türkiyə -Azərbaycan sosial, iqtisadi, hərbi, siyasi və mədəni humanitar əlaqələr, müasir dövrdə türk dövlətləri arasında inteqrasiya prosesləri və digər mövzulardan bəhs edilib.

Konqresdə YAP Veteranlar Şurasının sədr müavini, TAİB(Türk Ağsaqqaları İctimai Birliyi)-in sədri-Sudeif İmamverdiyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli sabiq səfiri, İMZA İctimai Birliyinin Türkiyə üzrə nümayəndəsi - Hulusi Kılıç, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri-Hüseyin Altınalan, Uludağ Universitetinin professoru-Mehmet Yüce, Azerbaycan Respublikası Milli Məclisinin deputatı Aydın
Mirzəzadə, Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin Dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent – İbrahim Kazımbəyli, TAiB Qadınlar Şurasının sədri-Güllü Yoloğlu, Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Qafqaz xalqları Tarixi kafedrasın professoru, Azərbaycan Universitetinin Humanitar fənlər Fakültəsinin ictimai elmlər kafedrasının müdiri -Qabil Əliyev, CBC telekanalıın əməkdaşı Ramil Baba, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə Komitəsinin eksperti, Əbədi Birlik Gənclər İctimai Birliyinin fəxri üzvü Mirdaməd Əzizov, Siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Universiteti Siyasi Elmlər kafedrasının müdiri-Elvin Talışınski və Milli Təhlükəsizlik üzrə uzman ekspert-Rəşad Rzayev çıxış edib.

Eyni zamanda BZT Akademinin direktoru, Əbədi Birlik Gənclər İctimai Birliyinin Türkiyə nümayəndəliyinin sədri Baha Yılmaz onlayn şəkildə Türkiyədən qatılaraq bütün konqres iştirakçılarını salamlayıb.








Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR