ÜST: Yanvarda dünyada 40 mindən çox insan vəbaya yoluxub

ÜST: Yanvarda dünyada 40 mindən çox insan vəbaya yoluxub
  • DÜNYA

Ötən il dünyada vəba xəstələrinin sayı 700 mini keçib, 2024-cü ilin yanvarında isə 40 mindən çox insan xəstələnib.
Aktual.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Təşkilat xəstəliyin dünyada daha da yayılma riskini çox yüksək qiymətləndirib.
Vəbanın davamlı şəkildə yayılması "2024-cü ilin əvvəlində aydın olur: təkcə yanvar ayında 17 ölkədən 40 900 yoluxma halı və 775 ölüm halı qeydə alınıb”. Xəstəliyin ilin əvvəlindən ÜST-nin altı regionundan dördündə - Afrika, Şərqi Aralıq dənizi, Amerika və Cənub-Şərqi Asiyada qeydə alınıb. Yoluxmaların xüsusilə güclü artımı Zambiya və Zimbabvedə aşkarlanıb.
ÜST xatırladıb ki, 2023-cü ildə 30 ölkədə 708,2 mindən çox vəba yoluxması qeydə alınıb, 4,3 mindən çox insan dünyasını dəyişib. Doqquz ölkədə yoluxma hallarının sayı 10 mini ötüb. Təşkilatın məlumatına görə, 2022-ci ildə dünyada 472 697, 2021-ci ildə isə 223 370 vəba yoluxması müəyyən edilib.

Xəbər 118 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR