"Sportinq" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

  • İDMAN

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində "Sportinq"lə Portuqaliyada keçirəcəyi ilk tur oyununa bütün təyinatlar açıqlanıb. 

"Report" xəbər verir ki, matçı Fransadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Fransua Leteksiye olacaq. Ona yan xətt hakimləri Siril Münyö və Mehdi Rahmuni kömək edəcək. Dördüncü hakim funksiyasını Bertran Juanno yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Frank Şnayder və Kərim Abed olacaq. 
Matçın hakim-inspektoru bosniya və herseqovinalı Elmir Pilav, UEFA nümayəndəsi isə çexiyalı Patrik Filipekdir. 
29 yaşlı Leteksiye karyerasında ilk dəfə Azərbaycan komandasının oyununa təyinat alıb. Əvəzində o, ötən mövsüm UEFA Gənclər Liqasında "Sportinq"in evdə İspaniya "Barselona"sına 0:1 hesabı ilə uduzduğu görüşün baş hakimi olub. Leteksiye ilk dəfə Avropa Liqasının qrup mərhələsinin oyununu idarə edəcək.
Gənc referi 2017-ci ilin yanvarından beynəlxalq dərəcəli hakim adını alıb. O, indiyədək iş başında olduğu 11 matçda 3 qırmızı, 48 sarı vərəqə göstərsə də, heç vaxt penalti təyin etməyib.  
Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 
 
Aktual.az
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR