“Sportinq” Bakıda “Qarabağ”la oyuna itkilərlə çıxacaq

“Sportinq” Bakıda “Qarabağ”la oyuna itkilərlə çıxacaq
  • İDMAN

Portuqaliyanın "Sportinq” klubu Bakıda "Qarabağ”la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin V tur matçına futbolçu itkiləri ilə çıxacaq.

"Report”un məlumatına görə, Markos Xavyer Akunya və Jeremi Matyö IV turda səfərdə "Arsenal”la qolsuz heç-heçə etdikləri qarşılaşmada cəzalı duruma düşüb. Argentinalı hücumameylli yarımmüdafiəçi qrup mərhələsində üçüncü sarı vərəqəsini alaraq, limiti doldurub. Fransalı müdafiəçi isə sonuncu ümid folu kimi Mxitaryana qarşı kobudluğuna görə önündə qırmızı vərəqə görüb. O, meydanı tərk edərkən, azarkeşlərdən üzr istəyib.
Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” – "Sportinq” matçı saat 21:55-də başlayacaq.
 
Aktual.az
Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR