Soyuqdan qorunmaq üçün qəbirdə yaşayırlar – FOTO + VİDEO

Soyuqdan qorunmaq üçün qəbirdə yaşayırlar – FOTO + VİDEO
  • DÜNYA

İnsanların ölməmişdən əvvəl məzara girdiyini görmüsünüzmü?

Aktual.az  Publika.az-a istinadən xəbər verir ki, insanların ölməmək üçün ölümdən əvvəl məzara girdiyini göstərən fotolar İranda çəkilib.

Aralarında qadın və uşaqlar da olan evsizlər soyuqdan qorunmaq üçün qəbiristanlıqlarda qazılan boş məzarlara girirlər. Məzarlardan ev olaraq istifadə edən evsizlər əsasən Tehranın cənubundakı Nəsirabad qəbiristanlığına toplaşır.

Bələdiyyənin qazdığı boş məzarlarda yaşayan evsizlər məzarın üstünü örtərək günlərini keçirir. Bəzi məzarlarda isə hətta 4 nəfər qalır. Bu barədə məlumatlar mətbuatda dərc edildikdən sonra prezident Həsən Ruhanidən reaksiya gəlib:

"Dünyada yoxsulluqdan körpü altında yatanların olduğunu eşitmişdik. Ancaq boş məzarda qalanların olduğunu ilk dəfə eşitdik”,-deyib. İran polisi dərhal məzarlığa gedərək kimsəsizləri boş məzarlardan çıxarıb. Onların əksəriyyətinin narkotik aludəçisi olduğu deyilir.

 


Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR