Solovyova büdcədən bu qədər pul ayrılır - Fantastik məbləğ

Solovyova büdcədən bu qədər pul ayrılır - Fantastik məbləğ
  • DÜNYA

2023 və 2024-cü illərdə Rusiya hakimiyyəti teleaparıcı Vladimir Solovyova 3 milyard (hər il 1,5 milyard rubl/16 milyon 340 min dollar – red.) pul ayırıb.
Aktual.az xəbər verir ki, bu barədə "Delfi Estonia” Putin administrasiyasının daxili sənədlərinin "sızmasın”dan əldə etdiyi məlumatlara əsasən bildirib.
"Sənəd Sergey Kiriyenkonun rəhbərlik etdiyi Prezident Administrasiyasının daxili siyasi şöbəsindən "sızıb”. Sənəddə büdcə üç kateqoriyaya bölünüb və bunun üçün 110 milyard rubl ayrılıb: prezident seçkisi, informasiya və ideoloji müharibə və yeni regionlar. 2024-cü ildə Solovyova üç milyard rubl ayrılması planlaşdırılıb, lakin sonda məbləğ 2023-cü ildə olduğu kimi qalıb. Sənəddə onun (Solovyov - red.) adı hallanan hissədə belə bir cümlə də var: "Solovyovun prezidentlə görüşünü gözləyirik”, - məlumatda deyilir.
Xəbər 159 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR