SOCAR Türkiyənin məşhur YDM-lərini almaq istəyir

SOCAR Türkiyənin məşhur YDM-lərini almaq istəyir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avstraliyanın OMV şirkətinin Türkiyədəki məşhur yanacaqdoldurma məntəqələrini (YDM) almaq istəyir.

Aktual.az bildirirki, AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 2006-cı ildə Petrol Ofisini (PO) 3 milyard dollara alan şirkət 10 il sonra bazardan geri çəkilir. Məlumata görə, YDM-i almağa namizədlər arasında SOCAR və OPET də var.

Bildirilir ki, bu barədə OMV-nin Vyanadakı ofisində danışıqlar da başlayıb.

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “SOCAR-Turkey”in rəhbəri Kənan Yavuz məsələyə münasibət də bildirib. O, bununla bağlı hələki dəqiq məlumat verə bilməyəcəyini açıqlayıb: “Bu məsələyə hələki “hə” və ya “yox” cavabı verə bilmərik. YDM-lər bu gün satışa çıxarılıb. Hələki çox tezdir. Bir neçə gün içərisində bizim də fikrimiz aydınlaşar”.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl də SOCAR-ın Fransanın "Total" şirkətinin Türkiyədəki yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini almaq istəməsi barədə məlumatlar yayılmışdı. Lakin sonradan məlumatlar təsdiqini tapmadı.

Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR