SOCAR Supsa və Ceyhandan neft ixracını azaldıb

SOCAR Supsa və Ceyhandan neft ixracını azaldıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2016-cı ilin fevral ayında Supsa limanından 169 215 ton, Ceyhan limanından 1 473 411 ton, Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edib.

Aktual.az SOCAR-ın saytına istinadən məlumat verir ki, ümumilikdə yanvar-fevral ayları ərzində Novorossiysk limanından 258 ton, Supsa limanından 423 264 ton (ötən ilin analoji dövrü ilə müqayisədə 508,29 min ton), Ceyhan limanından 2 984 325 ton (3,3 milyon ton), Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Fevral ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 32,48 dollara,Urals nefti 31,26 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 33,43 dollara satılıb. 

Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR