Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.
Aktual.az xəbər verir ki, film "Neft Daşları”nda müxtəlif sahələrdə çalışan 4 dost neftçinin həyatından bəhs edir. Filmdə məşhur "Bəxtiyar” filmindən bəzi süjetlər təkrarlanır.
Əsas məqsəd zəhmətkeş neftçilərin əzmkar fəaliyyətini təqdim etmək və şirkətin əsas prinsiplərindən olan SOCAR Ailəsi yanaşmasını izləyicilərə çatdırmaqdır. Dostluq, ailə mühitində çalışmaq hər bir uğur hekayəsinin təməlini təşkil edir.
Film neftçilərin gündəlik işindən və işlədiyi unikal şəraitdən bəhs edir, onların reallıqlarını əsl dəqiqliklə əks etdirir. Baş qəhrəmanlar platformada işləyən, onları möhkəm dostluq və ümumi çətinliklər birləşdirən dörd dostdur. Süjetdəki məşhur "Bəxtiyar” filmindən olan süjetlər müasir reallıqlara və neft sənayesinin çağırışlarına uyğunlaşdırılıb.
Filmin baş qəhrəmanları Neft Daşlarında çalışan SOCAR əməkdaşlarıdır. Filmdə neftçilər - Zaur İsmayılov ("Neft Daşları NQÇİ-nin neft qaz hasilatı üzrə operatoru), Coşqun Təsilov ("Neft Daşları NQÇİ-nin növbə rəisi), Elvin Dadaşov ("Neft Daşları NQÇİ-nin energetiki) və Məzahir Zeynalovun ("Neft Daşları NQÇİ-nin mühəndisi) həyatlarından, gündəlik fəaliyyətlərindən, dostluq münasibətlərindən ətraflı danışıblar. Onlar filmdə "Bəxtiyar” filmində Rəşid Behbudovun səsləndirdiyi "Dörd dost, dörd ürək, dörd yoldaşıq biz” mahnısını da ifa ediblər.(report)
Xəbər 1306 dəfə oxunub.