SOCAR Gürcüstanda satdığı qazın qiymətini aşağı salır

SOCAR Gürcüstanda satdığı qazın qiymətini aşağı salır

Gürcüstan Azərbaycandan əlavə olaraq 500 mln. kubmetr qaz alacaq.

Aktual.az xəbər verir ki, APA-nın Gürcüstan müxbirini verdiyi xəbər görə, bu, SOCAR və Gürcüstan hökuməti arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair Memorandumda öz əksini tapıb. Sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirini müavini, energetika naziri Kaxa Kaladze imzalayıblar.

Daha bir sənəd Gürcüstanın Neft-qaz Korporasiyasının direktoru David Tvalebeişvili və "SOCAR Gas Export-İmport" şirkətinin rəhbəri Zaur Quliyev arasında imzalanıb.

Sənədə əsasən, SOCAR Gürcüstana satdığı sosial qazın qiymətini aşağı salacaq. Bu, milli valyutanın məzənnəsinin dəyişməsindən əziyyət çəkən əhaliyə dəymiş ziyanın bir qismini kompensasiya etməyə imkan verəcək.

Bundan başqa, SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrinə satdığı hər 1000 kubmetr kommersiya qazının qiymətini 35-40 dollaradək aşağı salır.

Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR