SOCAR DESFA-da pay əldə etmək istəyini saxlayır

SOCAR DESFA-da pay əldə etmək istəyini saxlayır

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın qaz operatoru DESFA-da 66 faizlik payın əldə edilməsində əvvəlki kimi maraqlıdır. Trend-in məlumatına görə, bu barədə SOCAR-ın yüksək vəzifəli nümayəndəsi bildirib. 

O, qeyd edib ki, Dövlət Neft Şirkətinin DESFA-da 66 faizlik payı əldə etmək istəyi dəyişməz qalır.

Qeyd edək ki, SOCAR 2013-cü ilin dekabrında DESFA-nın səhmlərinin 66 faizinin (400 milyon avro dəyərində) əldə edilməsi üzrə tenderin qalibi olmuşdu.

Hazırda bu sövdələşməyə Avropa Komissiyasının Rəqabət üzrə direktorluğunda baxılır. Bu proses ilin sonunadək uzanacaq.

Mayın əvvəlində "Bloomberg" agentliyi məlumat yaymışdı ki, Yunanıstan hökuməti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ölkənin DESFA qaz operatorunda 49 faizlik payın satışı imkanlarını nəzərdən keçirir.

Aktual.az

Xəbər 640 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR