SOCAR bir ayda büdcəyə 98 milyon xeyir verib

SOCAR bir ayda büdcəyə 98 milyon xeyir verib

SOCAR 2016-cı ilin fevral ayında dövlət büdcəsinə 98,2 mln. manat vəsait ödəyib.

SOCAR-dan  verilən məlumata görə, ümumiyyətlə, SOCAR tərəfindən 2016-cı ilin yanvar-fevral aylarında büdcəyə 215,882 mln. manat vəsait ödənilib.

Bundan əlavə, cari ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 10,992 mln. manat vəsait köçürüb. Bu ilin yanvar-fevral aylarında isə dövlət şirkəti tərəfindən DSMF-yə ödəniş 21,5 mln. manat təşkil edib.

Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR