SOCAR 2 milyard dollar kredit alacaq

SOCAR 2 milyard dollar kredit alacaq

“Cənub Qaz Dəhlizi” QSC-nin səhmdarları bu ilin sonuna qədər beynəlxalq maliyyə institutlarından 2 milyard dollar cəlb etməyi planlaşdırır.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və başqa maliyyə institutları ilə danışıqlar aparılır:

“Söhbət aşağı faizlər verilən kreditlərdən gedir. Kreditlər 20 il müddətinə cəlb olunacaq. Böyük ehtimalla, bu banklardan 2 milyard dollar cəlb olunacaq”.

Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR