Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho çərşənbə axşamı səhər Pxenyandan Pekinə yola düşüb. O, Çindən sonra Azərbaycan və Rusiyaya səfər edəcək.
Aktual.az report-a istinadən xəbər verir ki, bu barədə çoxsaylı diplomatik mənbələrə istinadən Yaponiyanın NHK teleşirkəti məlumat yayıb.
Məlumata görə, nazir 5-6 aprel tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatı konfransında iştirak edəcək, ardınca Rusiyaya yollanacaq.
Bununla belə teleşirkət qeyd edir ki, KXDR-dən bununla bağlı rəsmi məlumat, hələ ki, daxil olmayıb.
Aktual.az
Xəbər 304 dəfə oxunub.