Şimali Koreya liderindən fərqli yeni il təbriki

Şimali Koreya liderindən fərqli yeni il təbriki
  • DÜNYA

Şimali Koreya lideri Kim Jong-un Yeni il münasibətilə ölkə əhalisini özünəməxsus formada təbrik edib.

Aktual.az  publika.az-a istinadən bildirir ki, Kim Jong-un Yeni il münasibətilə ölkə əhalisini televiziyadan təbrik müraciətində qitələrarası ballistik raket silahını sınaqdan keçirəcəyini bildirib: "Qitələrarası ballistik raket silahının sınaqdan keçiriləcəyi günə çox az vaxt qaldı. Hazırda bu istiqamətdə apardığımız işlər müsbət nəticə ilə yekunlaşmaq üzrədir. Biz ən müasir texnologiyalara və silahlara malikik. Yaxında bunu bütün dünya görəcək".

Xatırladaq ki, ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Anna Richey-Allen Şimali Koreya liderini beynəlxalq hüququn tələblərini təhdid edən əməllərindən vaz keçməyə çağırıb.
 

Aktual.az 

Xəbər 627 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR