Ötən gecə koronavirusdan vəfat edən müğənni Səyyad Əlizadə dəfn olunub.
Aktual.az xəbər verir ki, mərhum vəsiyyətinə uyğun olaraq, Füzuli rayonunun Babı kəndində valideynlərinin yanında torpağa tapşırılıb.
Qeyd edək ki, S. Əlizadə dünən gecə koronavirusdan müalicə aldığı Mərkəzi Gömrük Hospitalında 63 yaşında vəfat edib.
Xəbər 975 dəfə oxunub.