SƏRT QƏRAR: Facebook şifrəsini verməyən ölkəyə girə bilməyəcək

SƏRT QƏRAR: Facebook şifrəsini verməyən ölkəyə girə bilməyəcək
  • DÜNYA

ABŞ prezidenti Donald Trampın miqrantların ölkəyə girişinə qadağa qoyan qərarından sonra atılan sərt addımlar narazılıqları daha da artırıb.

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, qaçqınların işi üzrə vəkil Mana Yegani sudanlı ABŞ vətəndaşının aeroportda Facebook şifrəsinin alınaraq hesabında araşdırma aparıldığını, iranlı turistin isə bu araşdırmadan sonra ölkəyə buraxılmadığını bildirib.

Trampın sözçülərindən olan Stefen Miller isə açıqlamasında bildirib ki, sərhəd keçid-məntəqələrində təhlükəsizlik məqsədi ilə təkcə sosial şəbəkə hesabları araşdırılmayacaq, digər bu kimi tədbirlər də tətbiq olunacaq.

Əldə edilən məlumatlara görə, bu tədbirlər çərçivəsində sərnişinlərin Google, Microsoft, İOS kimi hesabları üzərindən sosial şəbəkələrdəki hərəkətləri, son ziyarət etdikləri səhifələr yoxlanılacaq.
 
Aktual.az
Xəbər 582 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR