Şərqlə Qərb arasında körpü yaradan Aida İmanquliyeva

Şərqlə Qərb arasında körpü yaradan   Aida İmanquliyeva
  • TABLO2

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İslam mədəniyyətinin modernləşməsində Aida İmanquliyeva imzası” adı konfrans keçirilib. 

Aktual.az SİA-ya istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru Aida İmanquliyeva haqqında videoçarx nümayiş olunub.

Konfransda şıxış edən əməkdar jurnalist Azər Həsrət Qərbdə islam dinini terror dini kimi təqdim edildiyindən təəssüf hissi keçirdiyini söyləyib. Bildirib ki, bir çox dövlətlər İslam dinini gözdən salmağa səy göstərirlər. Lakin İslam dini insanlara sülh, barışıq, əmin-amanlıq hissi aşılayır: “Bir çox ərəb ölkələrində baş qaldıran iğtişaşlar ən çox həmin dövləti süquta aparır. Təəssüf ki, bu gün Türkiyə də təhlükənin yaxınlığındadır. Heç bir islam dövləti terror tərəfdarı deyil”.

Milli Fikir Mərkəzi Gənclər Təşkilatının rəhbəri Şəhriyar Məcidzadə söz alaraq deyib ki, Şərq insanı üçün Qərb xristianlıq, Qərb insanı üçün isə Şərq İslam yatağıdır.  

Diqqətə çatdırıb ki, həm Şərqin, həm Qərbin dini görüşünün içində sevgi var: “Şərq və Qərbin arasındakı anlamsız ayrılığı duyan, eyni zamanda Şərq və Qərb ədəbiyyatının əlaqəsi nəticəsində bəşəri anlam qazanacağını araşdırmalarında müəyyən edən ilk alim Aida İmanquliyevadır. A.İmanquliyevanın araşdırması sübut etdi ki, Şərqin Qərblə ilk körpüsü ədəbiyyatdır. Qərb intibah dövrünü məhz ədəbiyyatla başladı”.

Qeyd edək ki, konfrans müzakirələrlə davam edib.

 
Xəbər 2038 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR