Sərhədlərin demarkasiyası üzrə xüsusi ekspertlər müəyyənləşdirilib

Sərhədlərin demarkasiyası üzrə xüsusi ekspertlər müəyyənləşdirilib

David Qareci məbədi ətrafındakı ərazilərin delimitasiya və demarkasiyası üzrə xüsusi ekspertlərin tərkibi artıq müəyyənləşib.

APA-nın Gürcüstan bürosu "Interpress News”sa istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.
O qeyd edib ki, artıq məbəd ətrafında vəziyyətin yerində qiymətləndirilməsi üçün təyin edilən xüsusi ekspertlər müəyyənləşib.
"Komissiyanın tərkibi müxtəlifdir. Burada Sərhəd xidmətlərinin, Müdafiə və Xarici İşlər nazirliklərinin nümayəndələri, kartoqraflar təmsil olunurlar. Ekspertlər hər iki tərəfə uyğun vaxtda əraziyə səfər edəcəklər. Səfər barədə məlumat veriləcək”, – deyə o bildirib.


Xəbər 238 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR