Xaçmaz rayonunda şərab istehsalatında partlayış baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə oktyabrın 21-də Xaçmaz rayonunun Xudat şəhərində qeydə alınıb.
"Azərşərab-İ” MMC-nin qazanxanasında təzyiqin yüksək olmasından partlayış olub. Nəticədə qazanın buxar çıxan hissəsi qoparaq təxminən 50 metr kənarda yerləşən şəhər sakini Adil Cəbrayılova məxsus fındıq emalı sexinin damına düşərək onu yarasız hala salıb. Xəsarət alan olmayıb.
Aktual.az
Xəbər 630 dəfə oxunub.