Senat Rusiyaya qarşı 3 qanun layihəsini dəstəkləyəcək

Senat Rusiyaya qarşı 3 qanun layihəsini dəstəkləyəcək
  • DÜNYA

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üç antirusiya qanun layihəsini dəstəkləyəcəyi gözlənilir.
Aktual.az xəbər verir ki, bu barədə "Axios” məlumat yayıb.
Nəşrin məlumatına görə, komitə Rusiyaya təzyiqləri gücləndirməyə yönəlmiş, iki partiyanın dəstəyi ilə hazırlanmış üç qanun layihəsini təsdiqləməyə hazırlaşır.
Birinci qanun layihəsi Moskvanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları nəzərdə tutur. Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrə 500%-lik idxal rüsumunun tətbiqi nəzərdə tutulur.
İkinci qanun layihəsi Rusiyanı ABŞ-ın terrorizmə sponsorluq edən dövlətlər siyahısına əlavə etməyi tələb edir.
Üçüncü qanun layihəsi isə Vaşinqtonun dondurulmuş Rusiya aktivlərini mütəmadi olaraq Kiyevə ötürməsini təklif edir.
Xəbər 84 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR