"Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatına meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən dövlətlərdən biri olub. Artıq həmin testlər ÜST-nin Azərbaycandakı nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib".
Aktual.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Azərbaycana meymunçiçəyi testləri yaxın 2-3 gün ərzində gətiriləcək.
Xəbər 672 dəfə oxunub.