Şəhidlərlə bağlı yeniliyin tətbiqi gözlənilir

Şəhidlərlə bağlı yeniliyin tətbiqi gözlənilir

Azərbaycanda şəhid məzarları ilə bağlı yeniliyin tətbiq edilməsi gözlənilir.
Bunu Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani deyib.

Müdafiə Nazirliyinin rəsmisi qeyd edib ki, Azərbaycanda şəhidlərin xatirəsini uca tutmaq məqsədilə onların məzarlarının hər birinin üzərində Azərbaycan bayrağının olması təklif olunur: "Türkiyədə, İranda şəhidlərin məzarlarının baş daşının üzərində balaca bayraq olur. İstəyirik ki, bu təcrübəni Azərbaycanda da tətbiq edək. İranda harada şəhid varsa, onun məzarının üstündü bayraq var. Bələdiyyələr hər ay o bayrağı dəyişirlər. Bunun nəyi pisdir? Bu, həm estetik cəhətdən, həm qürur və vətənpərvərlik baxımından çox önəmlidir. Ümid edirəm ki, buna nail ola biləcəyik. Bir anlığa bizim Şəhidlər xiyabanını göz önünə gətirin. İndi təsəvvür edin ki, hər məzar daşının üstündə bir bayraq var...".

A.Qurbani əlavə edib ki, ölkəmizdə hətta övladının niyə Vətən uğrunda şəhid olmadığını qısqanan insanlar da var: "Biz şəhid ailələrinə baş çəkirik. Onların dəfn, eləcə də ölümlərinin il mərasimlərində iştirak edirik. Valideynlər oğullarının şəhid olması ilə fəxr edirlər. Elə valideynlər var deyir ki, digər uşaqlarım da Vətən uğrunda şəhid olsa, uf demərəm. Hətta adamlar var ki, qısqanır ki, niyə mənim oğlum şəhid olmayıb. İnsanlar arasında əhval-ruhiyyə, vətənpərvərlik hissi yüksək səviyyədədir. Bu ruhu ölməyə qoymaq olmaz. Əsas odur ki, bu gün Azərbaycanda Ordu ilə xalqın birliyi var və bu, sarsılmazdır. Düşmən də bunu bilir və qorxur". \milli.az

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR