Səfirlərin səs-küylü qətlləri

Səfirlərin səs-küylü qətlləri
  • DÜNYA

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankaradakı fotosərgidə iştirtak edərkən sui-qəsd nəticəsində öldürülüb. 

Aktual.az  Modern.az-a istinadən xəbər verir ki, bütün dünyanı şoka salan hadisə diplomatların təhlükəsizliyi ilə bağlı bəzi suallar ortaya qoyub.

Bundan əvvəl öldürülən diplomatlar haqda məlumatları təqdim edirik.      

2003-cü il martın 28-də Fil Dişi Sahilində Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Məhəmməd Əhməd Rəşid öldürülüb.

2003-cü il dekabrın 29-da Burundi paytaxtı Bujumburanın 40 kilometrliyində Vatikan səfiri, milliyyətcə irlandiyalı Maykl Kortni silahlı hücumla qətlə yetirilib.

2005-ci il iyulun 2-də Misirin İraqdakı səfiri İhab əş-Şərif Bağdaddakı evindən qaçırılmışdı.

Ölkədəki radikal qruplaşmalardan biri hadisəyə görə məsuliyyəti öz üzərinə götürərək diplomatı edam etdiklərini açıqlamışdı.

2005-ci il 27 iyulda Əlcəzairin İraqdakı səfiri Əli Belayrusi və attaşe İzəddin Belkadi Bağdadda oğurlanaraq edam olunub.

2008-ci il sentyabrın 20-də Pakistanın paytaxtı İslamabadda "Mariott” mehmanxanası partladılıb. Hadisə zamanı 53 nəfər, o cümlədən Çexiyanın bu ölkədəki səfiri İvo Jdyarek həlak olub.

2012-ci il iyulun 27-də Venesuelanın Keniyadakı səfiri xanım Olqa Fonseka evində öldürülüb.

Rusiya və SSRİ diplomatlarına edilən hücumlara gəldikdə isə ilk belə hadisə 1923-cü ildə baş verib. Həmin vaxt İsveçrənin Lozanna şəhərində, SSRİ-nin bu ölkədəki səfiri Votslav Vorovski öldürülüb.

1926-cı il fevralın 5-də Moskva-Riqa qatarında SSRİ-nin Litvadakı səfiri Teodor Netten qətlə yetirilib.

1927-ci il 7 iyun tarixində isə SSRİ-nin Polşadakı səfiri Pyotr Voykov öldürülüb.
 
Aktual.az 
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR