Səfir: “İran prezidenti bu il Azərbaycana səfər edə bilər”

Səfir: “İran prezidenti bu il Azərbaycana səfər edə bilər”

"İki ölkə arasında yaxın dostluq əlaqələrini nəzərə alaraq düşünürəm ki, İran prezidenti bu il ərzində Azərbaycana səfər edə bilər".

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Səfir həmçinin qeyd edib ki, Sumqayıtda dərman zavodunun tikintisi ilə bağlı gələn həftə İran nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. Onun sözlərinə görə, zavod Sumqayıtdakı Kimya parkında tikiləcək: “Birinci mərhələdə burada ehtiyac duyulan dərmanlar İrandan Azərbaycana gətiriləcək. İkinci mərhələdə dərman istehsalının texnologiyası Azərbaycana gətiriləcək. Üçüncü mərhələdə isə həmin dərmanlar yüz faiz Azərbaycanda istehsal olunacaq. Birinci və ikinci mərhələ arasında 4 5 il vaxt çəkə bilər".

Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR