"Səfərdən sonra Dağlıq Qarabağla bağlı irəliləyiş olacağını gözləyirəm" Elmar Məmmədyarov


"Cənab Daçiçin səfərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa irəliləyiş olacağını gözləyirəm". 

APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov ATӘT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. 

Nazir bildirib ki, artıq məsələni yerindən tərpətmək vaxtı yetişib: "Bütün tərəflər münaqişənin həllində maraqlıdır. Həmsədr ölkələr də çalışır ki, məsələ yerindən tərpənsin. Ola bilsin ki, yaxın vaxtarda həll üçün görüş olmasa da, hansısa yol seçilməsi üçün görüş baş tutsun. Təbii ki, bu, Minsk qrupu formatı çərçivəsində olacaq".

Aktual.az

Xəbər 634 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR