Mərkəzi Seçki Komissiyasının (MSK) daxili korporativ şəbəkəsi perspektivdə ölkədə seçki prosesində elektron səsvermə sisteminin işə salınması üçün platforma qismində çıxış edə bilər.
Bunu MSK-nın İnformasiya Mərkəzinin direktoru Rüfət Gülməmmədov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, məsələlərin hüquqi tənzimlənməsi bu prosesin vacib hissəsidir.\trend