Saxara səhrasına qar yağdı - FOTO

Saxara səhrasına qar yağdı - FOTO
  • DÜNYA

Əlcəzairin qərbindəki Əyn Səfra şəhərinə qar yağıb. Şəhər kənarındakı bəzi yerlərdə qarın qalınlığı bir metrə çatır.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, Əyn Səfraya son dəfə qar 1979-cu ilin fevralın 18-də yağmışdı.

Saxara səhrasında yerləşən bu şəhər son illərdə ilk dəfə olaraq çovğuna və qar boranına məruz qalıb.

Şəhər küçələrində uşaqlar həyatlarında ilk dəfə dünən qartopu oynayıblar.

"Saxara səhrasının qapısı" kimi tanınan şəhərə turistlər axışır, qarlı küçələrdə şəkillər çəkdirirlər.











Xəbər 550 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR