Sankt-Peterburqdan Bakıya yeni aviareys açılacaq

Sankt-Peterburqdan Bakıya yeni aviareys açılacaq

Sankt-Peterburqun Pulkovo hava limanından Bakıya yeni aviareyslər açılacaq.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə hava limanının operatoru məlumat yayıb.

Pulkovo hava limanı bu gündən yaz-yay iş rejiminə keçir. Rusiya aviaşirkətləri yaxın vaxtlarda hava limanından Bakı, Roma, Veron, Barselona, Palma-de-Mayorkaya yeni aviareyslər açmağı planlaşdırırlar. Yay mövsümündə bu hava limanından Zaqreb, Belqrad və Şanxaya da yeni aviareyslər açılacaq. Uçuş cədvəllərinə əsasən Rusiya aviaşirkətlərindən biri Sankt-Peterburqdan Batumiyə aviareyslər təşkil edəcək.

Yay uçuş cədvəli 29 oktyabr 2016-cı ilə qədər qüvvədə olacaq.

Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR