Şamaxıda qardaş bacısını boğub öldürdü

Şamaxıda qardaş bacısını boğub öldürdü

Şamaxı rayonunda dəhşətli qətl hadisəsi törədilib.

Hadisə bu gün səhər saatlarında Şamaxı şəhərində qeydə alınıb.
Şamaxı sakini, 1977-ci il təvəllüdlü Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. (apa)
 
Aktual.az
Xəbər 555 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR