Şamaxı rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Binyətovun itini öldürüb. Bunu görən N.Binyətov da Z.Hacıyevin yaşadığı evə gələrək ov tüfəngi ilə onun itini öldürüb. Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və N.Binyətov Zaura ov tüfəngindən 7 dəfə atəş açıb.
N.Binyətov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb.
Aktual.az
Xəbər 2385 dəfə oxunub.