Salyan sakininin ehtiyatsızlığı onu qolsuz qoydu

Salyan sakininin ehtiyatsızlığı onu qolsuz qoydu

Salyanda bədbəxt hadisə baş verib.

Aktual.az  report-a istinadən xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb. 
Belə ki, rayonun 20 Yanvar küçəsinin sakini, 58 yaşlı Siyasət Nəcəfqulu oğlu Əmrahov kənddə özəl dəyirmanda işləyərkən ehtiyatsızlıqdan sol qoluna ağır çəkili su qızdırıcısı (kolonka) düşüb. Nəticədə sol bazunun yuxarı hissəsi kəsilərək tamam üzülüb. 
Yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və cərrahiyyə şöbəsində sol qolu amputasiya edilərək reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR