Sakit okeanda göyərtəsində 52 nəfərin olduğu gəmi yanır

Sakit okeanda göyərtəsində 52 nəfərin olduğu gəmi yanır
  • DÜNYA

Sakit okeanda sahildən 510 km aralıda Tayvanın "Chin Chun” balıqçı gəmisi digər gəmi ilə toqquşduqdan sonra alışıb. 

Aktual.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. 

"Chin Chun” gəmisinə köməyə yapon xilasedicilərinin getdiyi dəqiqləşdirilib. 

Gəminin göyərtəsində 52 nəfər var. Amma onların arasında xəsarət alanın olub-olmamasına dair məlumat yoxdur. Toqquşan ikinci gəmi haqqında hələlik məlumat daxil olmayıb. 

Hadisə İvate prefekturasının Miyako şəhərinin şərqində baş verib. Hadisə barədə Yapon sahil xidmətləri məlumat alaraq alışan Tayvan gəmisinə xilasediciləri göndəriblər. 
 
Aktual.az
Xəbər 296 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR