Şagirdi döyən Təhsil İdarəsinin müdiri işdən çıxdı

Şagirdi döyən Təhsil İdarəsinin müdiri işdən çıxdı

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev vəzifəsindən azad olunub.
Aktual.az xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazıb.
Onun ərizəsi qəbul olunub və işdən çıxarılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda onun 9-cu sinif şagirdini döyməsi ilə bağlı məlumatlar yayılmışdı.
Xatırladaq ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib.
Xəbər 165 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR