Bakı Ağır Cinayətlər Məhkəməsində Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra zamində olan R.Alışovun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib. Məhkəmənin baxış iclası dekabrın 18-ə təyin edilib.
Qeyd edək ki, R.Alışov Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda zərər vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) ilə ittiham olunur.
Onu da qeyd edək ki, o, 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.